Rusiya 5 ildən sonra da Qarabağdan çıxmayacaq -  ELƏ BIR KONFLİKT YARADACAQ Kİ...

14:09 24.05.2021 Müəllif:Sultan Laçın
Yazını böyüt
Yazını kiçilt

Əslində,  Ermənistanın haqsız ərazi iddiaları özü ilə yanaşı, Azərbaycanın və Gürcüstanın da taleyini başqa bir istiqamətə yönəldib. Rusiya sülhməramlılarının Azərbaycan ərazisinə girməyə nail olması da prosesləri daha da qəlizləşdirdi.

Bu fikirləri hafta.az-a müsahibəsində tanınmış hüquqşünas, Ədliyyə Nazirliyinin keçmiş idarə rəisi, Baş ədliyyə müşaviri Adil Minbaşı deyib.

Onun sözlərinə görə, 28 il bundan öncə Azərbaycandan çıxarılmış Moskva yenidən hərbi formada ölkəmizə girdi və regionda mövqeyini möhkəmləndirdi:

“Rusiya nə qədər ki, güclüdür, hətta 5 il tamam olandan sonra da buradan çıxmayacaq. Tutaq ki, lap 5 ilin tamamında Azərbaycan-Ermənistan sərhədi də müəyyənləşdirildi, Ermənistan ərazi bütövlüyümüzü də tanıdı, Zəngəzur dəhlizi də açıldı, iqtisadi-siyasi əlaqələr də bərpa olundu, Rusiya yenə də Qarabağdan və Laçın dəhlizindən çıxmayacaq. Hegemon bir dövlət kimi hər yerdə öz maraqlarını yeritməyə çalışır...”